Sonsuzluğun 5 səbəbi Nədən başlamalı?


Digərləri 21 Apr 2019 23:50:00 240 0

Sonsuzluğun 5 səbəbi  Nədən başlamalı?

Bu 1 il ərzində qadın və kişi sadəcə reproduktiv sistemi yoxlatmalı, hər şey normaldırsa, hər hansı müalicə almamalıdır.

Son.az medicina.az-a istinadən sonsuzluğun 5 əsas səbəbini təqdim edir.

1.Qadın sonsuzluğunda ilk olaraq boruların keçiriciliyindən şübhələnilir.

Əgər bir boru bağlıdırsa, döllənmə şansı 2 dəfə azalır. Əgər borularda yumurtahüceyrənin yolunu kəsən mexaniki maneə varsa, hamiləlik ola bilməz. Boru sonsuzluğu boruların cərrahi müdaxiləsi ilə açılmaqla müalicə olunur. Heç bir dərman müalicəsi borunu effektiv açmır. Əgər əməliyyat effekt verməsə, süni mayalanma EKO seçilir. Bu zaman kişi və qadının yumurta hüceyrələri kənarda mayalandırılır və uşaqlığa köçürülür. 

2.Uşaqlığın patologiyaları

Bura anadangəlmə anatomik qüsurlar, anomaliyalar, orqanın ölçüsü, deformasiyası, arakəsmənin olması və s. aiddir.  Eləcə də uşaqlıq içində və üsründə polip, mioma, fibrioma, spaykalar varsa, o da hamiləliyə mane olur. 

Ona görə bu problemlərdə əməliyyat tətbiq olunur, daha sonra hamiləlik barədə düşünülür. Əgər problem əməliyyatla belə düzəlməyəcəksə, həkimlər Avropa və digər ölkələrdə surroqat ana metodu ilə ana olmağı məsləhət görür. Bu zaman qadın və kişinin yumurta hüceyrəsi götürülüb mayalandırılır və surroqat olmağa razı olan sağlam qadının uşaqlığına yerləşdirilir. Surroqat ana uşağı doğduqdan sonra genetik valideynlərinə təhvil verir. Bu metod anonim aparılır və surroqat ana əsl valideynlərin kimliyini bilmir. 

3.Endometrioz