Orqanizmin fiziki yüklənmə vaxtını səhərdən axşama keçirmək daha faydalıdır


Digərləri 21 Apr 2019 23:30:00 245 0

Orqanizmin fiziki yüklənmə vaxtını səhərdən axşama keçirmək daha faydalıdır

Alimlər axşamlar fiziki yüklənmələrin daha faydalı olması qənaətindədirlər. Çünki bu zaman orqanizmimiz daha az oksigen sərf edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əgər siz hər gün qaçışla məşğul olmağa üstünlük verirsinizsə, o zaman tədqiqatların yekununda göstərildiyi kimi, bunu səhərdən axşama keçirsəniz daha yaxşı olar.

Laboratoriya siçanları üzərində aparılan eksperimentin gedişində alimlər aşkar ediblər ki, orqanizmin axşam saatlarında fiziki yüklənməsi 50 faiz daha effektli nəticə verir. Məsələ burasındadır ki, gəmiricilərə axşam məşqlərində daha az oksigen lazım olub, onların orqanizmində toxumaların metabolik aktivliyini artıran maddələrin səviyyəsinin isə yüksəldiyi müəyyən edilib.