Pəhrizsiz arıqlamağın 10 yolu


Digərləri 21 Apr 2019 23:20:00 211 0

Pəhrizsiz arıqlamağın 10 yolu

Orqanizmə zərər vurmadan tez və qalıcı şəkildə arıqlamaq mümkündürmü? 

Son.az bildirir ki, medicina.az bunun yollarını araşdırıb.

1) Pəhrizi unudun   Pəhrizlə arıqlamaq mümkündür, amma xəstələnmək riski də yüksəkdir. Pəhriz zamanı əsasən sidik kisəsi daşı, podaqra, diabet, həzm sistemi və s.  kimi xəstəliklərə yoluxma riski yüksəlir. Həmçinin mineral və vitamin çatışmazlığı da bir çıx sağlamlıq problemlərinə gətirib çıxara bilər. 

2) Arıqlamaq üçün qida əlavələrindən istifadə etməyin

"Sehrli həb"lər metobolizmi sürətləndirmir.  Bu cür preparatlar lipaza fermentini və yağların bədənə sovrulmasının qarşısını alır.  Beləliklə, bağırsaqlar yalnız yağları deyil, həmçinin, yağda həll olan vitaminləri də qəbul edə bilmir. 

3) Qəbul etdiyiniz kalorinin miqdarını azaldın 

Arıqlamaq üçün qadınlara gündə 1500 kkal, kişilərə isə 2000 kkal yandırmaq tələb olunur. Bu kalorini hesablamağa ehtiyac yoxdur. Qida rasionunuzdan kolbasa, sosis, yarımfabrikat, hazır qidalar, souslar, şirin yoqurtları çıxartmağınız bəs edər. Bu qidaların tərkibində çox miqdarda şəkər və duz var. Onları qəbul etməsəniz, aldığını kalori də aşağı düşəcək. 

4) Sağlam ərzaqlarla qidalanın 

Seçim böyükdür. Balıq, ət, toyuq, yumurta yeyin. Pendir, kəsmik, taxıllar, paxlalılar, meyvə və giləmeyvələrə üstünlük verin.  Əsasən, qırmızı, narıncı, yaşıl və bənövşəyi rəngli tərəvəzlərdən istifadə edin. Onların tərkibindəki faydalı komponentlər maddələr mübadiləsinə yaxşı təsir edəcək. 

5) Ərzaqları düzgün şəkildə hazırlayın