Sulutəpədə it 4 yaşlı uşağın üzünü parçaladı (FOTO)


Digərləri 21 Apr 2019 23:10:55 193 0

Sulutəpədə it 4 yaşlı uşağın üzünü parçaladı (FOTO)

Bakıda it 4 yaşlı uşağın üzünü parçalayıb.

Bakı. Bakıda it 4 yaşlı uşağın üzünü parçalayıb. Trend-in Unikal.org-a istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.