Bu qadın 100 yaşında yoqa edir, dərs deyir VİDEO


Digərləri 21 Apr 2019 23:00:00 248 0

Bu qadın 100 yaşında yoqa edir, dərs deyir  VİDEO

Tao Porchon-Lynch Nyu-York şəhərinin qərbindəki qəsəbə olan Hartsdale-də yaşayır. 

Son.az medicina.az-a istinadən bildirir ki, o, yoqa  dərsini ilk dəfə 7 yaşında ikən Hindistanda aldığını söyləyir. Plyajda gəzərkən yoqa hərəkətləri edən bir qrup oğlan uşağı görüb təəccüblənir. Xalası ona bu hərəkətlərin "qızlar üçün deyil" deməsinin ardından, "oğlanlar edirsə, mən də edərəm" cavabını verir. 

Zamanla Porkon Linç gənc yaşlarına gəlir və artıq yoqa dərsləri deməyə başlayır. O insanlara sağlam  nəfəs alma qaydalarını öyrədirdi. Xüsusilə bunu oturarkən necə etməli olduqlarını.

O, həmçinin hər gün aynanın qarşısında özünə tapşırıqlar verir. "Hər yuxudan oyananda günəşə baxıram və deyirəm, bu gün həyatımın ən gözəl günü olacaq. Beləcə bu olur və həmişə də olacaq".