Hər gün 5 dəqiqə sərf edin və həyatınızı bir neçə il uzadın Qədim Çin məşqi VİDEO


Digərləri 21 Apr 2019 22:25:00 235 0

Hər gün 5 dəqiqə sərf edin və həyatınızı bir neçə il uzadın  Qədim Çin məşqi  VİDEO

Bu məşq qədim Çin Daos təbabətinin texnikalarına aiddir. Son.az saglamolun.az-a istinadən bildirir ki, bu texnika bizim eramızdan əvvəl V əsrdə yaranıb.

Lakin indi də ondan tez-tez istifadə olunur.

Bu məşq dizlərin üzərində "gəzməkdən" ibarətdir. Yerə yumşaq xalça və ya pled salın və dizlərinizin üzərində ehtiyatla "gəzin". Məşqi 1-2 dəqiqədən başlayıb, 5 dəqiqəyə çatdırın. Məşq zamanı heç bir ağrı və narahatçılıq olmamalıdır.

Məşqin faydaları:

- dizlərin sağlamlığına müsbət təsir edir - qan dövranını yaxşılaşdırır, ağrıları və iltihabı azaldır, diz oynaqlarının elastikliyini artırır

- onurğa sütununa düşən gərginliyi azaldır, bel ağrıları zamanı yardım edir