Beyini qocalana qədər cavan saxlamaq üçün nə etməli? Məşhur akademikdən 5 tövsiyə


Digərləri 21 Apr 2019 22:15:00 213 0

Beyini qocalana qədər cavan saxlamaq üçün nə etməli?  Məşhur akademikdən 5 tövsiyə

Məşhur rus alim, psixiatr, nevropatoloq, fizioloq, psixoloq akademik V.M.Bexterev bütün həyatını beyinin fəaliyyətinin öyrənilməsinə həsr edib.

Alim sübut edirdi ki, insanların yalnız 20%-də beyin qocalana qədər öz funksiyalarını itirmir. İnsanların əksər hissəsində isə beyində bu və ya digər formada və ağırlıq səviyyəsində pozulmalar inkişaf edir. Bəs bu 20%-ə düşmək üçün nə etmək lazımdır?

Son.az saglamolun.az-a istinadən bildirir ki, Bexterev beyini qocalana qədər işlək vəziyyətdə saxlamaq üçün 5 çox sadə qaydaya əməl etməyi tövsiyə edirdi:

1. Beyini məşq etdirin!

Kitab oxumaq, yeni dilləri öyrənmək, şəkil çəkmək, riyaziyyatla məşğul olmaq beyinin sağlamlığı və cavanlığını təmin edən məşqlərdir. Bunlar beyini tonusda saxlayır.

2. Hər gün açıq havada gəzin!

Bu beyinin qan dövranını yaxşılaşdırır. Bexterev öz pasiyentlərinə müşahidə edəndə fikir verib ki, 2 həftə ərzində hər gün açıq havada gəzən insanlarda beyinin fəaliyyəti yaxşılaşır.

3. Tez-tez uşaqlarla ünsiyyətdə olun!