Azərbaycana ərəbləri kütləvi şəkildə hansı xəlifə köçürüb? TARİXİ FAKT


Digərləri 21 Apr 2019 22:20:00 276 0

Azərbaycana ərəbləri kütləvi şəkildə hansı xəlifə köçürüb?  TARİXİ FAKT

637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar.

Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır.

Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639-640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir.

Ərəblərin Azərbaycanı istilasından sonra ərəb qəbilələrinin köçü başlayır. Bəs ərəb qəbilələri kütləvi halda Azərbaycan ərazisinə hansı xəlifə tərəfindən köçürülüb? Son.az bildirir ki, tarixçi-alim Əkbər Nəcəf bu barədə "ölkə.az"a məlumat verib. Azərbaycana ərəb qəbilələrini kütləvi halda İmam Əli köçürüb.