Dərimizdə bahar təravəti üçün 4 VASİTƏ


Digərləri 21 Apr 2019 21:30:00 195 0

Dərimizdə bahar təravəti üçün 4 VASİTƏ

Məlum olduğu kimi, qış aylarında dərimiz soyuq, nəmsiz və çirkli havanın təsiri altında quruyaraq, öz parlaqlılığını və canlılığını itirir. Xüsusilə də problemli bir dəriyə sahib olanlar və ona davamlı olaraq qulluq etməyənlərdə bu xüsusiyyətlər artır. Bu isə bir sıra dəri xəstəliklərinə yol aça bilir.

Dermatoloqlar dəriyə məhz yay aylarından başlayaraq qulluq edilməsinin daha faydalı olduğunu bildiriblər.

Son.az yenicag.az-a istinadən dərimizin sağlam və təravətli görünməsi üçün 4 əsas vasitəni təqdim edir:

1. TƏMİZLİK EDİN: İsti su dərinin qurumasına səbəb olan ən önəmli amillərdən biridir. Buna görə də üzünüzü və bədəninizi təmizləyərkən ilıq sudan istifadə edin. Dərinizə zərif davranın. Həmçinin, dərinizə uyğun olan təmizləyici sabunlardan istifadə edin.