"Kök uşaq sağlam uşaqdır" fikri yalnışdır Piylənmə uşaqlarda bu xəstəliklərə yol açır


Digərləri 21 Apr 2019 21:05:00 301 0

"Kök uşaq sağlam uşaqdır" fikri yalnışdır  Piylənmə uşaqlarda bu xəstəliklərə yol açır

Hamiləlik dövründə anada yaranan şəkərli diabet körpənin çəkisinin artmasına və gələcəkdə piylənməyə səbəb ola bilər. Cəmiyyətdə formalaşan "kök uşaq sağlam uşaqdır" fikri də ailəni uşağı həddindən artıq qidalandırmağa təşviq edir. Tərkibində yüksək miqdarda yağ, şəkər, duz olan qidaların qəbulu balacaların piylənməsi ilə nəticələnir. Yüksək kalorili qida və içkilərin qəbul olunması və bunun vərdişə çevrilməsi çəkinin artmasına səbəb olur. 

Son.az medicina.az-a istinadən bildirir ki, texnologiya dövrü olduğu üçün mobil telefon, planşet, video oyunlar geniş yayılıb. Bu isə fiziki aktivliyi minimuma endirir. Nəticə isə artıq çəki, piylənmə...

Artıq çəkili uşaqlar böyüdükcə piylənməyə və qeyri-infeksion xəstəliklərə - diabet və ürək-damar xəstəliklərinə məruz qalırlar. Bu da erkən ölüm riski və əlilliyə səbəb ola bilir. Piylənmədən əziyyət çəkən körpələr vaxt ötdükcə yeniyetmə və böyük yaşlarda da artıq çəkili olurlar.

Piylənmənin səbəb olduğu qeyri-infeksion xəstəliklər:

• Ürək-damar xəstəlikləri

• Şəkərli diabet

• Oynaq-əzələ sistemi xəstəlikləri

• Bəzi orqanlarda (süd vəzi, uşaqlıq, mədə-bağırsaq sistemi) onkoloji xəstəliklər

Uşaqlarda piylənmənin qarşısını almaq üçün ümumi tövsiyələr:

• Düzgün qidalanma vərdişi formalaşdırmaq

• Meyvə, tərəvəz, paxlalı bitkilərdən daha çox istifadə etmək

• Qida rasionunda doymuş yağları doymamış yağlarla əvəz etmək

• Şəkərin istifadəsini azaltmaq

• Gündə azı 60 dəqiqə fiziki aktivliklə məşğul olmaq

ÜST tövsiyə edir:

• Yenidoğulmuş körpəyə süd verməyə daha tez başlamaq (doğuşdan sonrakı bir saat ərzində)