Səhərlər bu vərdişlərdən UZAQ DURUN! FOTO


Digərləri 21 Apr 2019 20:40:00 230 0

Səhərlər bu vərdişlərdən UZAQ DURUN!  FOTO

Səhər qalxarkən hər kəsin əməl etdiyi bir ritualı vardır. Zəngli saata beş dəfə basmaq, günə başlamadan öncə bir neçə dəfə vücudu açmaq üçün hərəkətlər etmək və ya otuz dəqiqəlik duş almaq...

Bəs günə başlayarkən həyata keçirdiyiniz vərdişlərin eyni zamanda artıq çəki almanıza səbəb ola biləcəyini bilirsinizmi?

Son.az bu səbəblərdən altısını təqdim edir.

1. Qaranlıqda oyanmaq

"PLOS One" dərgisində yayımlanan bir araşdrımaya görə, səhər ayılarkən pərdələri qapalı saxlasanız, Günəşin sizə hədiyyə etdiyi kalori yandırmaq seansından məhrum qalarsınız. Araşdırma oyanır-oyanmaz Günəş işığı alanların bədən kütlə indeksinin (VKİ) daha aşağı olduğunu təsbit edib. 20-30 dəqiqəlik gün işığı VKİ-nə təsir etmək üçün yetərlidir.

2. Çəkini yoxlamaq

"Beynəlxalq Artıq Çəki ilə Mübarizə" dərgisində yer alan araşdırmaya görə, çəkilərini gec-gec yoxlayan insanlar tez-tez yoxlayanlarla nisbətdə daha çox artıq çəki qazanır. Çəkini yoxlayarkən bu prosedur arasındakı zaman məsafəsini sabit tutanlar daha sağlam, qida rasionu da daha standart olur.

3. Qəlyanaltı etməmək

"Qəlyanaltı günün ən önəmli payıdır" deyirlər. Qida və idman mütəxəssisi Ketlin Alleyaumaya görə, qəlyanaltısız günə başlarsanız, gün ərzində qeyri-sağlam yemək rasionunuz olacaq. Əlavə olaraq, qəlyanaltı günün enerji deposunu təşkil edir. Mükəmməl səhər yeməyi kofein istəyini əngəlləməyə yardımçı olur.


Xəbərə aid fotolar