Hər səhər acqarına yaşıl alma yesəniz...


Digərləri 21 Apr 2019 20:30:00 232 0

Hər səhər acqarına yaşıl alma yesəniz...

Elmi araşdırmalarda sübut olub ki, hər gün ac qarnına yaşıl alma yemək insan sağlamlığı üçün çox faydalıdır.

Son.az oxucuları yaşıl almanın faydaları ilə tanış edir.

Artıq çəkindən xilas olmağa kömək edir

Sadəcə 80 kalori olan bir ədəd yaşıl almanın tərkibində bol miqdarda karbohidrat və amin turşuları olduğu üçün bədənə enerji verən meyvə sayılır. Sağlam üsullarla arıqlamaq istəyirsinizsə, hər gün ac qarnına yaşıl alma yeyin.

Şəkər xəstəliyinin qarşısını alır

Xalq arasında şəkər xəstəliyi kimi tanınan diabetə müalicəvi təsir göstərən təbii məhsullar arasında yaşıl alma da yer alır. Səhərlər ac qarına yaşıl alma yemək bədənin ehtiyac duyduğu şəkər miqdarını azaldır və bədəni şəkər xəstəliyinə qarşı qoruyur.

Ürək-damar sisteminin sağlamlığını qoruyur

Ac qarına yaşıl alma yeməyin ürəyə təsirləri belədir: yüksək xolesterini tarazlaşdıran yaşıl alma arteriyalarda əhəngin yaranmasının qarşısını alır. Tərkibində kalium olan yaşıl alma əzələləri və ürəyi qoruyan elektrolitləri balanslaşdırır. Alma ürək və beynində müxtəlif mənfi təsirlərə səbəb olan iltihabların qarşısını alır.

Həzm sistemini tənzimləyir