Bürcünüz ən gizli niyyətləriniz və düşüncələriniz haqqında NƏ DANIŞIR?


Digərləri 21 Apr 2019 20:20:00 220 0

Bürcünüz ən gizli niyyətləriniz və düşüncələriniz haqqında NƏ DANIŞIR?

Yer üzündə oxşar xarakter cizgiləri və davranış stereotipləri olan minlərlə insan doğulur. Astroloqlar belə oxşarlığı mübahisəsiz fakt - doğum tarixi və planetlərin mövqeyinin insanın taleyinə təsiri ilə izah edirlər.

Son.az bildirir ki, insanların zodiak işarələrinə görə xüsusiyyətlərini öyrənməklə, yadda saxlamaq lazımdır ki, insan bu və ya digər zodiak işarəsinin son üç günündən birində anadan olarsa, o zaman özündən sonrakı bürcün xarakterik cizgilərini daşıyır.

Qoç

Qoçlar bütün dünyanı öz əllərinə ala bilər. Onlar inadkardır və qarşıya qoyduğu məqsədlərə nail olurlar. Onlar bir qayda olaraq, bir az lovğa, amiranə və istehzalıdır. Lakin başqalarının fikirlərini də dinləməli olduğunuzu unutmayın.

Buğa

Buğalar ilk baxışda inadkar görünə bilər, sadəcə onların xoşuna gəlir ki, öz istədikləri kimi hərəkət etsinlər. Onlar üçün loyallıq və etimad vacibdir. Unutmayın ki, siz hərəkət etməli və dəyişməlisiniz.

Əkizlər

Əkizlər ikili şəxsiyyətlərdir, bu, onların fikirlərini tam müəyyən edilməsini çətinləşdirir. Onlar bir qayda olaraq, xarizmatikdir. Ümumilikdə bu bürcün nümayəndələri sadəcə yaxşı vaxt keçirməyi xoşlayır.

Xərçəng

Xərçənglər pərdə arxasında gizlənməyi üstün tutaraq öz iç üzünü göstərməkdən imtina edir. İcazə verin ki, yarınız sizə şəfqət və qayğı göstərsin. Öz düşüncələrinizin dərinliklərində gizlənməyin.

Şir

Şirlər öz hisslərini heç vaxt gizlətmir, onlar diqqət mərkəzində olmağı və hər şeyi olduğu kimi danışmaq istəyirlər. Onlar bir az kobud və xoşagəlməz görünür. Onlarda kim olduqlarına dair güclü hiss var.

Qız

Qızlar məntiqli mütəfəkkirlərdir. Bu bürcün nümayəndələri gözəl insanlardır, əgər baş çıxara bilmədiyiniz böyük probleminiz varsa, onlara müraciət edin, sizə mütləq kömək edəcəklər. Lakin rəğbətinizi itirməmək üçün bu qədər məntiqli olmağa çalışmayın.