Rafael Ağayev Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb


Digərləri 21 Apr 2019 20:17:19 189 0

Rafael Ağayev Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb

Rafael Ağayev (-75 kq) Rabatda Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb

Bakı. Rafael Ağayev (-75 kq) Rabatda Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb. Azərbaycan Karete Federasiyasından Trend-ə verilən məlumata görə, fransalı idmançı Loqan Da Kosta ilə həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn karateçimiz, dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib. Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (-84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.