Adi cins şalvarla hər kəsin paxıllıq edə biləcəyi 15 kombin FOTO


Digərləri 21 Apr 2019 19:50:00 630 0

Adi cins şalvarla hər kəsin paxıllıq edə biləcəyi 15 kombin  FOTO

Köhnə və yaxşı cins şalvarları yeni şəkildə təqdim etmək olar. Bundan ötrü qarderoba bir neçə cəlbedici aksessuar, zərif köynək, çanta və ayaqqabılar əlavə etmək lazım gələcək. Onlar boz kütlənin fonunda sizə seçilmək imkanı verəcək. Həmçinin seksual və cəsarətli elementlərə, zəngin rənglərə və printlərə üstünlük verməyi unutmayın.

Son.az bu yazıda oxucuları cins şalvarları hər kəsin paxıllıq edə biləcəyi tərzdə kombin etməyin yollarını izah edir.

1. Zolaqlı xalat donlar müəyyən üslubda bürüncək funksiyasını yerinə yetirə bilər. Üstəlik sadə deyil, axı o bütün obrazı dəyişir. Yalnız düzgün seçilmiş çanta və qeyri-adi bəzəklər əlavə etmək qalır.

2. Print seçiminə xüsusi diqqət yetirin. Əgər siz parlaq gül motivləri geyinməyə hazır deyilsinizsə və abstraksiyanı anlamırsınızsa, onda xallı printlər sizin üçün ideal seçim olacaq.

3. Ənənəvi üst geyimi əvəzinə nazik sviter və ona uyğun həcmli jaket seçin.

4. Cins şalvarı siz vacib tədbirlərə və dəvətlərə də geyinə bilərsiniz, lakin bu zaman obraza nəciblik əlaməti sayılan tvid pencək və dikdaban ayaqqabı əlavə etmək lazım gələcək.

5. Xoşbəxtlikdən, bir neçə pastel tonlarını bir dəstdə birləşdirmək üçün dahi stilist olmağa gərək yoxdur. Açıq tonlar o qədər incədir ki, onlar bir imiclə mükəmməl şəkildə uzlaşır. Odur ki, bahar dəstələrində pastel tonlarını cəsarətlə istifadə edin.

6. Dediyimiz kimi bu mövsüm pastel rənglərə xüsusi yer verilib, yalnız tərzinizi bir rənglə məhdudlaşdırmaq olmaz. Maraqlı və parlaq dəst yaratmaq üçün boğuq ilə dolğun rəngləri uyğunlaşdırın.

7. Əgər rahatlıq sizin üçün birinci dərəcəli əhəmiyyətə malikdirsə, onda gündəlik obrazınızı pencək əvəzinə, həcmli jaketlə tamamlayın.