"Məni axtarmayın" dedi və itkin düşdü Azərbaycanda


Digərləri 21 Apr 2019 18:33:00 220 0

"Məni axtarmayın" dedi və itkin düşdü  Azərbaycanda

İsmayıllı sakini naməlum səbəbdən itkin düşüb.

Son.az ONA-ya istinadla xəbər verir ki, İsmayıllı şəhər sakini, Sumqayıtda kirayə yaşayan 1970-ci il təvəllüdlü İsmayılov Sənan Razim oğlu 14 aprel 2019-cu il tarixdə 31-BE-038 dövlət nömrə nişanlı "VAZ 2107" markalı şəxsi minik avtomobilini İsmayıllıda yaşayan qardaşı Rahil İsmayılovun evinə gətirib, açarları qardaşının ailəsinə verib və "Məni axtarmayın" deyərək naməlum istiqamətə gedib.

Qardaşı Rahil İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Onun tapılması üçün barəsində axtarış elan olunub. Polis əməkdaşları hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.