Kinomuzun "Təhminə”si: “Qorxurdum ki, məni Azərbaycanda oğurlayarlar”


Kriminal 21 Apr 2019 17:07:00 231 0

Kinomuzun "Təhminə”si: “Qorxurdum ki, məni Azərbaycanda oğurlayarlar”

Türkiyəli aktrisa, Azərbaycan tamaşaçısına "Təhminə və Zaur" filmindən tanış olan Meral Konrat bu günlərdə Bakıya gəlib.

Son.az bildirir ki, ölkəmizdə olan aktrisa Sputnik Azərbaycan-a müsahibəsində keçmiş çəkilişlər haqqında olan xatirələrini, Azərbaycana səfəri ərəfəsində olan qorxularını və eyni zamanda yeni planları haqqında danışıb.

Meral Konrat hər dəfə Bakıya böyük məmnuniyyətlə gəlir və azərbaycanlı dostları, həmkarları ilə görüşür. Aktrisa etiraf edir ki, bu şəhər onun üçün həm də ona görə ki, o burada öz aktrisalıq karyerası üçün ən əhəmiyyətli hesab edilən rolunu oynayıb.

Konrat Mərmərə universitetini bitirib və tələbəlik illərindən müxtəlif reklam layihələrinə çəkilməyə başlayıb. "Üçüncü Göz" türk filmi aktrisanın kinematoqrafiyada debütü olub. Bu filmdəki roluna görə Konrata "Ən yaxşı aktrisa" mükafatı verilib.

Onun sözlərinə görə, bundan sonra aktrisa olmağı qərara alıb.

"Bu filmdən sonra mənə çox təkliflər gəlməyə başladı. Bir dəfə mənə dedilər ki, Azərbaycanın tanınmış rejissoru Rasim Ocaqov Türkiyədədir. Və o yeni filmi üçün aktrisa axtarır. Ona bir çox türkiyəli aktrisalar təklif edilib, amma onlardan heç bir Ocaqovun qəhrəmanı üçün uyğun olmayıb. O zaman rejissora mənim haqqımda danışıblar. Çəkiliş qrupunun oturduğu otağa girdiyim zaman Rasim Ocaqov ayağa qalxdı və dedi - "Mən Təhminəni tapdım". Əvvəlcə mən qorxdum, düşündüm ki, məni Azərbaycanda oğurlayacaqlar, ancaq sonra razılaşdım" - deyə Konrat bildirib.

Əvvəlcə qızın valideynləri onun Azərbaycana çəkilişlərə gəlməsinə razı olmayıb, amma aktrisa onları razı salmağa müvəffəq olub. Onun sözlərinə görə, çəkilişlər çox çətin keçib. Ən çətin isə Azərbaycan dilində olan sözləri deməyi öyrənmək olub.

Buna baxmayaraq "Təhminə və Zaur" film aktrisanın həyatında əhəmiyyətli rol oynayıb. Bu filmə görə aktrisa Azərbaycanda və Moskvada çox sayda mükafatlara layiq görülüb.