Ərdoğandan Şri Lanka açıqlaması:


Dünya 21 Apr 2019 15:38:00 252 0

Ərdoğandan Şri Lanka açıqlaması:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şri-Lankada kilsələrdə və otellərdə törədilən terror aktlarını qətiyyətlə pisləyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə T.Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

Türkiyə prezidenti bildirib: "Pasxa bayramı zamanı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm. Bu hücumlar bütün nəşəriyyətə qarşı yönəldilib".

T.Ərdoğan öz və bütün Türkiyə xalqının adından terror aktlarında həlak olanların ailələrinə başsağlığı, xəsarət alanlara isə tez bir zamanda sağalmalarını diləyib.