Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı


Digərləri 21 Apr 2019 14:21:00 252 0

Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı

Azyaşlının üzünü it parçalayıb.

Son.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. 

Belə ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. 

İt azyaşlının yanaq nahiyəsini parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. 

Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa  edilib. 

Hazırda müalicəsi davam etdirilir.


Xəbərə aid fotolar