Həftənin ilk iş gününün HAVAsı


Digərləri 21 Apr 2019 13:35:00 197 0

Həftənin ilk iş gününün HAVAsı

Bakı və Abşeron yarmadasında aprelin 15-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində  bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 4-6° isti, gündüz 7-11° isti,

Bakıda gecə 4-6° isti, gündüz  8-10°  isti təşkil edəcək.