ABŞda hər həftə 100 kilsə bağlanır


Dünya 21 Apr 2019 11:29:00 239 0

ABŞda hər həftə 100 kilsə bağlanır

"ABŞ-da həftədə ən az 100 kilsə bağlanır. Son illərdə kilsələrdə baş verən utancverici qalmaqallar üzündən ABŞ-da minlərlə kilsənin qapısına qıfıl vurulub".

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu, ABŞ-ın ictimai rəy institutu olan "Gallup" tərəfindən aparılan araşdırma hesabatında öz əksini tapıb. "Gallup" tərəfindən 50 ştatda təsadüfi seçimlə 14 min nəfər arasında sorğu keçirilib və hesabat hazırlanıb.

Aparılan araşdırmaya görə, son 20 ildə ABŞ-da kilsələrə üzvlük 70 faizdən 50 faizə düşüb: "1990-cı illərdə kilsələrə üzvlük 70 faiz ətrafında idi, hazırda isə bu rəqəm 50 faizə düşüb".