Millət vəkili: "Radikal müxalifət nümayəndələri düşmən qüvvələrə, antiAzərbaycan şəbəkəyə dəstək verirlər"


Siyasət 21 Apr 2019 09:02:00 62 0

Millət vəkili: "Radikal müxalifət nümayəndələri düşmən qüvvələrə, antiAzərbaycan şəbəkəyə dəstək verirlər"

Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr ölkədə sabitliyi pozmağa cəhd edirlər.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, Azərbaycan müstəqilliyə qədəm qoyan gündən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ortaya atılıb, Ermənistana Azərbaycan torpaqlarını işğal etməsi üçün dəstək verilib:

"Azərbaycanın 20 mindən çox şəhid verməsinə, ərazisinin 20 faizinin işğal edilməsinə, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan inkişaf edir, gündən-günə dünyaya inteqrasiya edir, siyasi nüfuzu artır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edib, bu ildən Qoşulmama Hərəkatı kimi iri təşkilata sədrlik edəcək. Bəzi qüvvələr gənc, ərazisinin 20 faizinin işğal altında olduğu bir ölkənin qısa müddətdə bu qədər inkişaf etdiyini, bu qədər nüfuz sahibi olduğunu qəbul etmək istəmirlər. Burada qısqanclıq da var, ikili standartlar da".

Millət vəkili vurğulayıb ki, Azərbaycan çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyaya multikultural dəyərlər bəxş edir: "Azərbaycanın multikulturalizm modeli dünyada öyrənilir, təbliğ olunur. Yəni Azərbaycan bütün bu işləri bacarır. Ən mühüm məqam isə odur ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət yürüdür, Azərbaycanın həm daxili, həm də xarici siyasətinin mərkəzində Azərbaycanın milli maraqları dayanır".

Onun sözlərinə görə, bir sıra ölkələr çalışırlar ki, Azərbaycana diktə etsinlər, Azərbaycanla əməkdaşlıqda daha çox onların maraqları təmin olunsun:

"Lakin Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, diplomatik məharəti buna imkan vermir. Belə bir vəziyyətdə onlar Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafı qarşısında əngəllər yaratmaq istəyirlər. Bu məqamda isə "5-ci kolon"a əl atırlar. Çox təəssüf ki, Azərbaycanda olan dağıdıcı, radikal müxalifət nümayəndələri, Azərbaycandan çıxıb haradasa hansısa yolla sığınacaq almış şəxslər bu işdə ölkəmizə düşmən qüvvələrə, anti-Azərbaycan şəbəkəyə dəstək verirlər, qrant üçün, orada yaşamaq üçün Azərbaycanın milli maraqlarına qarşı çıxırlar. Azərbaycanı, belə demək mümkünsə, boğa bilməyənlər, inkişafına mane ola bilməyənlər bu qüvvələrə tapşırıqlar verir, onları aktivləşdirirlər. Amma mənası yoxdur, çünki Azərbaycan xalqı özü də bu məsələlərdə böyük təcrübə toplayıb, öz Prezidenti ətrafında birləşib. Xalq-iqtidar birliyi, Azərbaycanın inkişafı bu cür destruktiv qüvvələrə ən böyük zərbədir və onlar heç zaman öz niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki xalq buna özü müqavimət göstərir, onların qarşısını özü alır".

Son.az 

ABŞda hücum hazırlayan məktəbli qızlar saxlanılıb like
  • 21 Apr 08:55  
Dünya ABŞda hücum hazırlayan məktəbli qızlar saxlanılıb

ABŞ-ın Florida ştatının polisi iki məktəbli qızı həbs edib.

arrow Ətraflı
Bu gün 11ci sinif şagirdləri üçün imtahanlar keçirilir like
  • 21 Apr 08:37  
Digərləri Bu gün 11ci sinif şagirdləri üçün imtahanlar keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 29 şəhər və rayonda, o cümlədə

arrow Ətraflı
Fransada etirazlar zamanı 14 polis yaralanıb like
  • 21 Apr 08:19  
Dünya Fransada etirazlar zamanı 14 polis yaralanıb

Fransada "sarı jiletlər"in etiraz aksiyaları zamanı 14 polis xəsa

arrow Ətraflı
Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir like
  • 21 Apr 08:15  
Digərləri Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 52 abi

arrow Ətraflı
Bakıda AGF Junior Trophy turniri parlaq və gözəl keçir - tamaşaçı like
  • 21 Apr 07:57  
Digərləri Bakıda AGF Junior Trophy turniri parlaq və gözəl keçir - tamaşaçı

AGF Junior Trophy turniri kimi beynəlxalq turnirlərin keçirilməsi gənc qız

arrow Ətraflı
XIXIV əsrlərə aid memarlıq incisi Pir Hüseyn Xanəgahına FOTOSƏYAHƏT like
  • 21 Apr 07:44  
Digərləri XIXIV əsrlərə aid memarlıq incisi Pir Hüseyn Xanəgahına FOTOSƏYAHƏT

Hacıqabul rayonunda, Pirsaat çayının sahilində yerləşən Pir Hüseyn Xan

arrow Ətraflı
Meksikada zavodda yanğın baş verib like
  • 21 Apr 07:09  
Digərləri Meksikada zavodda yanğın baş verib

Meksikanın Toluka şəhərində (Mexiko ştatı) tullantıların emalı zavodun

arrow Ətraflı