Bakıda AGF Junior Trophy turniri parlaq və gözəl keçir - tamaşaçı


Digərləri 21 Apr 2019 07:57:52 208 0

Bakıda AGF Junior Trophy turniri parlaq və gözəl keçir - tamaşaçı

AGF Junior Trophy turniri kimi beynəlxalq turnirlərin keçirilməsi gənc qızları bədii gimnastika ilə məşğul olmağa motivasiya edir.

Bakı. Cani Babayeva - AGF Junior Trophy turniri kimi beynəlxalq turnirlərin keçirilməsi gənc qızları bədii gimnastika ilə məşğul olmağa motivasiya edir. Bunu Trend-ə yarışların tamaşaçısı Arzu Qarayeva deyib. A.Qarayeva bildirib: "Qızım bədii gimnastika üzrə məşqlərə gedir və onun necə maraqla iştirakçıların öz kompozisiyaları və elementlərini yerinə yetirdiklərini izlədiyini görürəm. Qızımın da yarışda iştirak etmək, uğur qazanmaq istəyi yaranır". Tamaşaçı deyib ki, bədii gimnastikanın böyük pərəstişkarıdır: "Bu gözəl, incə idman növüdür. AGF Junior Trophy turniri parlaq və gözəl keçir, Milli Gimnastika Arenasında olmaq böyük həzzdir."