XIXIV əsrlərə aid memarlıq incisi Pir Hüseyn Xanəgahına FOTOSƏYAHƏT


Digərləri 21 Apr 2019 07:44:00 263 0

XIXIV əsrlərə aid memarlıq incisi Pir Hüseyn Xanəgahına FOTOSƏYAHƏT

Hacıqabul rayonunda, Pirsaat çayının sahilində yerləşən Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu qədim tariximizi və zəngin mədəni irsimizi özündə yaşadan abidələrimizdən biridir.

Böyük sufi şeyxi, görkəmli alim və filosof Pir Hüseyn Şirvaninin məzarı ətrafında ucaldılmış XI-XIV əsrlərə aid memarlıq kompleksi yerli və xarici turistlərin diqqətini çəkir. Ölkə əhəmiyyətli abidələrdən sayılan Pir Hüseyn Xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında mühüm yer tutur. 2005-ci ildən burada tarix-memarlıq qoruğu fəaliyyət göstərir.