Dünyanın məşhur gitaraları


Digərləri 21 Apr 2019 07:22:00 252 0

Dünyanın məşhur gitaraları

Gitara dünyada ən populyar çalğı alətidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təkcə ABŞ-da ildə 2.5 milyon gitara satılır. Belə bir deyim var: Gitaraçını xoşbəxt edən nədir? Cavab isə heç kimin ağlına belə gəlməz: Daha yeni bir gitara. Məhz buna görə də istər peşəkar, istərsə də həvəskarlar özlərinə hər dəfə yeni bir gitara alırlar. Çünki hər bir gitaranın öz incəlikləri var.

Bildiyimiz kimi rok və bluz tarixində tanınmış gitaraçıların bir-birindən fərqli gitaraları olub. Çünki hər bir gitaranın da insan kimi ya kədərli, ya da cəlbedici bir taleyi olur. B.B. Kingin məşhur "Lucille" gitarasının da öz taleyi, tarıxçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə bir-biri ilə mübahisə edir, hətta əlbəyaxa olurlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra qaçır. Birdən B.B. Kingin yadına düşür ki, bahalı "Gibson" markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını "Lucille" qoyur.

Cimmi Peycin "Les paul" gitarası da öz məşhurluğu ilə yadda qalıb. Bu gitaraçı "Led Zeppelin" qrupunun yaradıcısıdır və öz karyerası boyu əlindən 1500 gitara keçib. Onun "Nömrə bir" və "Nömrə iki" adlandırdığı gitaraları 1959-cu ilin "Gibson Les Paul" gitaralarıdır. Belə güman olunur ki, hazırda o dövrdə buraxılan bu modellərdən yalnız 1000 ədədi işlək vəziyyətdədir.

Jimi Hendrixin məşhur "Monterey" Stratocasteri çox qısa bir həyat sürüb. Bu gitaranı o, Monterey festivalında "Wild thing" mahnısını ifa etdikdən sonra onu tamaşaçıların gözü qarşısında yandırmışdır. Bu, rok tarixində ən yaddaqalan hadisələrdən biri olub. Belə düşünürdülər ki, Jimi gitarasını sındıracaq amma o, gözlənilməz hərəkəti ilə hamını təəccübləndirib.


Xəbərə aid fotolar