Vəhşi it körpəni beşikdən oğurladı FOTO


Digərləri 21 Apr 2019 06:30:00 267 0

Vəhşi it körpəni beşikdən oğurladı  FOTO

Avstraliyanın şərqində yerləşən Freyzer adasında dinqo (vəhşi it növü - red.) treylerə daxil olaraq, beşikdə yatan 14 aylıq körpəni oğurlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Avstraliyanın "News.com.au" portalı məlumat yayıb.

Uşağı yırtıcının yeminə çevrilməkdən ən son anda atası qurtarıb. O, vaxtında oyanaraq sayıqlığı itirməyib və yırtıcının dalınca qaçıb. İtə çataraq, azyaşlı oğlunu ondan alıb. Ətrafda başqa bir neçə dinqo da olub və ata uşağını qorumaq üçün onlarla savaşmalı olub. Dinqo sürüsünü qovmağa nail olduqdan sonra yaralanmış oğlu üçün təcili tibbi yardım çağırıb.


Xəbərə aid fotolar