Qazaxıstan yığmasının bədii gimnastika üzrə məşqçisi: Bakıda hər zaman yeni təəssüratlar və bilik almağı planlaşdırırıq


Digərləri 21 Apr 2019 06:09:12 204 0

Qazaxıstan yığmasının bədii gimnastika üzrə məşqçisi: Bakıda hər zaman yeni təəssüratlar və bilik almağı planlaşdırırıq

Qazaxıstanın bədii gimnastika üzrə məşqçisi Svetlana Krasnikova 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin təşkilini yüksək qiymətləndirib.

Bakı. Cani Bbayeva - Qazaxıstanın bədii gimnastika üzrə məşqçisi Svetlana Krasnikova 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin təşkilini yüksək qiymətləndirib. "Yarışlarda təəssüratlar ən yaxşıdır, təşkilatçılıq əladır. Hər şey xırdalığına qədər nəzərə alınıb. Bu həm də gimnastların podiumda çıxışlarına və məşq zalına da aiddir. Çoxlu könüllü var, onlar hər azman kömək etməyə hazırdı. Fikrimcə, bu Dünya Çempionatından öncə məşqdir", - deyə məşqçi bildirib. S.Krasnikova deyib ki, Bakıya hər zaman böyük məmnuniyyətlə gəlir: "Çox gözəl bazanız var, şərait möhtəşəmdir. Bakıya gəlib Milli Gimnastika Arenasında çıxış etmək böyük həzzdir. Burada qələbə hissi keçirirsən. Hər zaman Bakıda yeni təəssüratlar və bilik almağı planlaşdırırıq". Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.