Ulduzlarımızın səhvlərlə dolu statusları Kim Azərbaycan dilini yaxşı bilir?


Şou-biznes 21 Apr 2019 03:30:00 374 0

Ulduzlarımızın səhvlərlə dolu statusları  Kim Azərbaycan dilini yaxşı bilir?

Son günlər müğənni Şəbnəm Tovuzlunun qrammatik səhvlərlə dolu statusları, coğrafiya bilikləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Sosial şəbəkə istifadəçiləri arasında gedən müzakirələrdə izləyicilər iki yerə bölünüb. Kimi Şəbnəmin tərəfini tutaraq onun Azərbaycan dili müəllimi olmadığını əsas gətirir, kimi də müğənninin yazılarında səhv tutaraq onu tənqid edir.

Son.az bildirir ki, ölkə.az bu mövzunu diqqətdə saxlayaraq, ulduzlarımızla bağlı kiçik araşdırma aparıb.

Bizə də maraqlıdır, hansı məşhurumuz "e" hərfi ilə "ə"ni, "ş" hərfi ilə ingilis əlifbasının "w" hərfini bir-birindən ayıra bilir.

Xalq artisti, səhnəmizin divası Aygün Kazımova deyəsən Azərbaycan dilini və əlifbasını çox gözəl bilir. Xanım ifaçının sosial şəbəkədə paylaşdığı statuslara nəzər yetirsək, buna şahid ola bilərik. Xalq artisti sözlərdə harada "e" və harada "ə" işlənildiyini bilir.

Xalq artisti, səhnəmizin qalmaqallardan uzaq olan məşhuru Zülfiyyə Xanbabayeva da statuslarında bizi sevindirir. Xanım ifaçı da  Azərbaycan hərfləriylə yazan ulduzların sırasındadır.

Əməkdar artist Tünzalə Ağayeva da Azərbaycanda yaşadığından və əlifbada "ə" hərfinin mövcudluğundan xəbərdardır. O da yazılarını qrammatik qaydalara uyğun olaraq paylaşır.

Xalq aritsti, öz intellektual səviyyəsi ilə seçilən Faiq Ağayev Azərbaycan dilində səlis danışıb yazan ulduzlardandır. Cənab "Qızıl şlyager" danışdığı kimi, statuslarında da mükəmməldir. 


Xəbərə aid fotolar