Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir


Digərləri 20 Apr 2019 23:20:00 248 0

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

İmam Baqir (ə) buyurur: "Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız - başqa qardaşlarınızın da xeyirini istəməlisiniz".

İmam Sadiq (ə) buyurur: "Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar".

Əmirəl-möminin (ə) buyurur: "O kəs ki, eybini sənə göstərər - şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir".

İmam Əli (ə) buyurur: "İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: "Mənim bəndəmin Mənə ibadət etdiyi ən yaxşı şey - Mənim üçün xeyirxahlıqdır".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Həqiqətən, Qiyamət günü Allah yanında ən ali məqama malik olan insan o kəsdir ki, hamıdan daha çox insanların xeyirxahlığı üçün səy etmiş olsun".