Niyə Qədr gecəsi məhz Ramazan ayında olur?


Digərləri 20 Apr 2019 23:15:00 265 0

Niyə Qədr gecəsi məhz Ramazan ayında olur?

(Ustad Ənsarianın dərslərindən)

"Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).

Bu ayədən də göründüyü kimi, oruc insanın paklanmasına və təqvalı olmasına səbəb olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Ramazan ayı iki cəhətdən möhtərəmdir: biri özünə aiddir, biri isə Qurana.

Həmçinin bu ayda iki cür qoruma vardır: biri insanın şeytanın (lən) vəsvəsəsindən qorunmasıdır, ikincisi isə İlahi əzaba düçar olmaqdan qorunmasıdır.

Bu ayda iki nemət vardır: behiştin qapılarının açılması, ikincisi isə insan ruhunun və canının hüzur tapması.

Bu ayda insana iki hədiyyə verilər: oruc tutanın yuxusu ibadətdir, sükutu isə təsbihdir.