Nə zaman yalan danışmaq olar?


Digərləri 20 Apr 2019 23:10:00 248 0

Nə zaman yalan danışmaq olar?

Yalan - kəbirə günahlardan hesab olunur.

İslama görə doğru danışmaq - insanın ən mühüm vəzifələrindən və dinin əsil hədəflərindəndir.

İmam Sadiq (ə) buyurur: "İnsanların səcdə və rükularının uzun olmasına baxmayın. Çünki mümkündür ki, onlar tərəfindən adət olsun. Belə ki, əgər onu tərk etsələr, narahat olarlar. Lakin doğru danışmaqlarına, əmanətdar olmaqlarına diqqət edin".

Yalanın vurduğu ən böyük ziyanlardan biri odur ki, insanlar arasında olan etimadı və inamı aradan aparır. Həmin şəxsin dəyərini alçaldır.

Son.az deyerler.org-a istinadən bildirir ki, lakin dinimiz bəzi hallarda yalan danışmağı caiz bilir. Bunlara nə aiddir?

Dinimiz əgər can təhlükəsi olarsa, düşmənin qarşısını almaq lazım olarsa, ya böyük ziyanın qarşısını almaq olarsa - o zaman insanın yalan danışmasına icazə verir. Bəzən iki qardaş arasında olan münaqişəni yatızdırmaq üçün də yalanın deyilməsi caiz hesab olunur.