CoinMarketCap yeni mobil tətbiq buraxdı


Digərləri 20 Apr 2019 22:55:00 233 0

CoinMarketCap yeni mobil tətbiq buraxdı

Kriptovalyutaların qiymətləri haqqında ən populyar resurslardan biri olan CoinMarketCap.com Android üçün ilk mobil tətbiqi buraxdı və paralel olaraq iOS üçün olan versiyasını yenilədi.

Son.az chip.az-a istinadən bildirir ki, yeni mobil tətbiqdə olan funksiyalar vebsaytda hələ ki, yoxdur. Bu funksiyalar - portfelin izlənməsi, kriptovalyutaların paralel müqaisəsi və qiymətlərin dəyişməsi barədə xəbərdarlıq edilməsidir. İstifadəçilər yeni mobil tətbiqdə profil yaratmaqla öz portfellərini və siyahı üzrə qabaqcdan müəyyən edilmiş məlumatları izləyə biləcəklər. Bu profillər həmçinin qiymət dəyişikliyini daha tez izləmək və qərarlar qəbul etmək üçün imkan yaradan müxtəlif cihazlar arasında sinxronizasiya edilə bilər.