Rus bölməsində oxuyub, 700 bal toplayan məzunlar –


Digərləri 20 Apr 2019 22:40:00 271 0

Rus bölməsində oxuyub, 700 bal toplayan məzunlar –

Son günlərdə sosial şəbəkələrdə rus bölməsində təhsil alan şagirdlər barədə müxtəlif fikirlər səsləndirilir.

Bu fikirlərin bəziləri sözügedən şagirdlərin təhsil səviyyələrinin aşağı olması və rus bölməsi üzrə 700 bal toplayan abituriyentlərə rast gəlinməməsiylə bağlıdır.

Son.az azedu.az-a istinadənrus bölməsində təhsil alaraq  ali təhsil müəssisələrinə müxtəlif illərdə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərən şəxsləri diqqətə çatdırır:

Nərgiz İsmayılbəyli

Nərgiz  İsmayılbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub.  2007-ci ildə10 nömrəli tam  orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında  IV ixtisas qrupu üzrə 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə qəbul olunub. Prezident təqaüdünə layiq görülən Nərgiz 2013-cü ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 

2011-ci ildə yay istehsalat-təcrübəsi çərçivəsində İtaliyanın Genuya Universitetinin klinikasında ginekologiya şöbəsində həkim köməkçisi kimi fəaliyyət göstərib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində   İtaliyanın Roma "La Sapienza" Universitetində  (Universita di Roma "La Sapienza")  "prenatal diaqnostika və dölün patologiyası" ixtisası üzrə magistratura təhsili alıb.

Hazırda Bakıda Ginekoloq olaraq çalışır.

Şahbaba Məmmədov