Tuba ağacı nə vaxt ƏhliBeyti sevənlərin sayı qədər yarpaq cücərtdi?


Digərləri 20 Apr 2019 22:10:00 333 0

Tuba ağacı nə vaxt ƏhliBeyti sevənlərin sayı qədər yarpaq cücərtdi?

Bilal Həzrət Peyğəmbər (s) barədə nəql edir: "Bir gün Həzrət (s) təbəssüm edərək bizim yanımıza gəldi. Mübarək üzü parlayan Ay kimi nur saçırdı. Əbdürrəhman yerindən qalxdı və dedi: "Ya Rəsulallah! Bu nə nurdur ki, üzünüzdə parlayır?".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurdu: Allah Təala tərəfindən qardaşım və əmim oğlu Əli (ə) haqqında olan müjdəyə görədir. Allah Fatiməni (s.ə) və Əli ibn Əbitalibi (ə) bir-biri ilə nikahlamış və əmr etmişdir ki, behiştin xəzinəsi olan Tuba ağacı hərəkətə gəlsin. Ona görə də Tuba ağacı mənim Əhli-Beytimi (ə) sevənlərinin sayı qədər yarpaq cücərtmişdir.

Sonra o ağacın yanında mələklər xəlq etmişdir ki, hər birini bu budaqlardan birinə təhvil vermişdir.