ABŞİsrail İrana qarşi birgə hərbi əməliyyata


Digərləri 20 Apr 2019 21:35:00 204 0

ABŞİsrail İrana qarşi birgə hərbi əməliyyata

Ötən həftə İsraildə keçirilən seçkilərdə Netanyahu (Benjamin Netanyahu) yenidən baş nazir seçildikdən sonra diqqətlər yenidən Fələstinə yönəlib. Axı seçkilər ərəfəsində prezident Tramp (Donald Trump) Suriyada Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyıb. Üstəlik, Netanyahu seçildiyi təqdirdə İordan çayının Qərb sahilini ilhaq edəcəyinə söz verib. Bu isə Fələstin dövlətinin və "iki xalq üçün iki dövlət" planının sonu deməkdir. Bu barədə "Milliyet" qəzetinin köşə yazarı Verda Özer yazır.

Son.az xpressa.net-ə istinadən bildirir ki, bununla belə, müəllif hesab edir ki, birinci növbədə diqqət tələb edən Fələstin deyil, İrandır. Çünki Tramp daha bir bomba partladıb və İran ordusunun ən güclü hissəsini - İran İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) "terror təşkilatı" elan edib. Hakimiyyətə gəldikdən bəri ən çox İranı hədəf alan liderin bu həmləsi heç kimi təəccübləndirməyib. Qarşıdan gələn dövrdə bizi gözləyən gedişatı işıqlandıran siqnal fişəngini yandırıb. İndi əsl sual gəlir: ABŞ və İsrail Tehrana qarşı hərbi əməliyyata başlayacaqmı? İran-İsrail gərginliyi nə qədər böyüyəcək?

İsrail və Rusiya razılaşıb

Əslində Trampın Fələstin siyasəti İrandan asılıdır. "Əsrin müqaviləsi" adlandırılan, Trampın kürəkəni və Ağ Evin müşaviri Cared Kuşner (Jared Kushner) tərəfindən hazırlanan Fələstin-İsrail sülh planının əsas məqsədlərindən biri İranın Fələstin üzərindəki təsirini məhv etməkdir. Ona görə ABŞ Fələstin siyasətinə Misir və Fars körfəzinin dəstəklədiyi Məhəmməd Dahlanın (Muhammed Dahlan) rəhbərlik etməsini istəyir.

Bundan başqa Trampın Fars körfəzi ölkələrini İrana qarşı birləşdirmək üçün qurmağa qərar verdiyi "ərəb NATO"-sunun hazırlıqlarının başladığı da mətbuatda yenidən işıqlandırılıb. Dolayısıyla, aydındır ki, Tram-Netanyahu dueti İrana təzyiqi xeyli artıracaq. Ancaq bu o demək deyil ki, məsələ hərbi əməliyyata kimi gedib çıxacaq. Belə ki, hadisələrin bu şəkildə inkişaf etməsinə, deyəsən, Putin mane ola bilər.

Hazırda İranla bağlı əsas problem onun Suriyadakı təsiri ilə əlaqəlidir. Gün gələcək Rusiya hərbçilərini buradan çıxaracaq. Onda Bəşər Əsədin (Bashar Asad) zəif administrasiyasına İran nəzarət edəcək. Üstəlik, Əsədlə Tehran bu yaxınlarda Suriyada hərbi dəniz bazası ilə bağlı razılığa gəlib və oktyabrın 1-i Latakiyadakı dəniz limanını İrana verməyə hazırlaşırlar. Yəni Əsəd İranın Aralıq dənizinə çıxışını təmin edir. Bu da həm İsraili, həm Rusiyanı sakitcə yerində oturmağa qoymur.

Netanyahu məhz bu səbəbdən seçkilərdən əvvəl Moskvaya səfər edib. Onun Putinə söylədiyi "narahat olma, İranın Suriyada qalmasına heç bir şəkildə icazə verməyəcəm" ifadəsi mətbuata sızıb. Başqa sözlə, görünür, İsraillə Rusiya İranı Suriyadan qovmaqla bağlı razılığa gəliblər. Bu isə o deməkdir ki, Tramp da dolayı şəkildə iştirak edir.