Məktəbəhazırlığı Azərbaycan bölməsində oxuyanlar digər dildə təhsil ala bilər?


Digərləri 20 Apr 2019 21:40:00 226 0

Məktəbəhazırlığı Azərbaycan bölməsində oxuyanlar digər dildə təhsil ala bilər?

Övladı məktəbəhazırlıq qrupunda Azərbaycan bölməsi üzrə oxumuş valideyn digər dillərdə təhsil üçün də müraciət edə bilər.

Son.az azedu.az-a istinadən bildirir ki, amma onların sorğusu sistemə avtomatik olaraq oxuduğu məktəb, bölmə və müəllim üzrə yerləşdirilib. Valideyn öncə sistemə daxil olmalı, övladının qeydiyyatını ləğv etməli, daha sonra digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirməlidir. Daha sonra isə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.