Nik Vuyçiçin hekayəsi


Digərləri 20 Apr 2019 21:05:00 349 0

Nik Vuyçiçin hekayəsi

Avstraliyalı motivator, mesenat, yazıçı və müğənni Nikolas Ceyms Vuyçiç  (Nicholas James Vujicic) nadir irsi xəstəliklə doğulub. Onun anadangəlmə aşağı və yuxarı ətrafları olmayıb. Vuyçiç bu çatışmazlıqla yaşamağı öyrənib və məhdud imkanlı uşaqlara, gənclərə kömək etməyə başlayıb.

Son.az xpressa.net-ə istinadən bildirir ki, Nik Vuyçiçin həyat hekayəsi heyrət doğurur: bu, dünyaya hər iki əli və ayağı olmadan gələn, gənc, yaraşıqlı, həyatesevər bir kişinin həyat hekayəsidir. İndi o, uğur qazanıb və məşhurdur, gözəl bir qadınla evlidir və iki oğul atasıdır.

Onun həyatı başqa insanlara kömək edə biləcəyini və kömək etməli olduğunu başa düşdüyü an dəyişib. Vuyçiç ən yaxşı xristian vaizlərindən biri olub.

Əzmkarlıq

Nik Vuyçiç 1982-ci il Brisbendə serb emiqrantların - tibb bacısı Duşka Vuyçiç və pastor Boris Vuyçiçin ailəsində dünyaya gəlib. Anasının hamililəyi normal irəliləyib, lakin uşaq anadan əlsiz və ayaqsız doğulub. Nikdə təkcə iki barmaqla pəncənin bir hissəsi olub (onun köməyi ilə uşaq sonradan gəzməyi, yazmağı, hətta üzməyi öyrənib). Körpədə nadir xəstəlik - Tetra-Ameliya sindromunun aşkarlandığı məlum olub. Həmin xəstəliyin simptomlarından biri də aşağı və yuxarı ətrafın olmamasıdır. O vaxt bu xəstəlik barədə çox az şey məlum idi, üstəlik Tetra-Ameliya sindromlu uşaqlar çox vaxt doğulmadan ölürdü.

Nikin güclü, müdrik və onu sevən valideynləri olub. Onlar əsl xristian olduqları üçün qeyri-adi körpəni sınaq kimi qəbul ediblər. Onlar uşağa şikəst kimi xidmət göstərərək, onun fəaliyyətini məhdudlaşdırmağa çalışmayıblar. Əksinə, valideynləri onu həvəsləndirib, çox şey edə biləcəyinə inandırıblar. Onlar Nikə həmişə belə deyiblər: "Cəhd etməyənədək nəyə nail ola biləcəyini təsəvvür edə bilməzsən".

Nik kömək üçün valideynlərinə, balaca qardaşı və ya bacısına müraciət edə bilsə də, hər şeyi özü öyrənməyə üstünlük verib. Xüsusi aparatların köməyi ilə özü özünə xidmət etməyi - duş qəbul etməyi, başını və dişlərini yumağı, kompyuter arxasında işləməyi, üzməyi öyrənib.

İndi o, serfinqlə məşğul olur, paraşütdən tullanır, balıq tutur, qolf oynayır, tramplindən tullanır və dayvinqlə məşğul olur. Nik hesab edir ki, çox vaxt imkanlarımızın fərqinə varmadan özümüz öz həyatımızı məhdudlaşdırırıq.

Məqsəd

Valideynləri Nikin şikəst uşaqlar üçün nəzərdə tutulan məktəbə deyil, adi məktəbə getməsində israr ediblər. Uşaq başqaları kimi olmadığını başa düşəndə mütəəssir olub. O, ağılsız yaşıdlarının istehzalarına dözməli, tənhalıq və depressiyadan keçməli olub. O, fikirləşib ki, niyə hamını sevən Tanrı onun belə doğulmasına imkan yaradıb, niyə Tanrı onun duaların eşidib, ona əl və ayaq vermir? Nikin bəzən ağlına intihar etmək də gəlib: 8 yaşında vannadakı suda özünü boğmaq istəyib, amma valideynlərinə olan sevgisi onun yolunu kəsib. Nik valideynlərinin onu nə qədər sevdiyini bildiyi üçün onların vicdan əzabı ilə yaşamasını istəməyib.

Daha ölüm barədə düşünməyib, onun beynini başqa fikirlər məşğul etməyə başlayıb: bu dünyaya niyə gəlib? Əsl məqsədi nədir? Anasının ona oxuduğu hekayə suallarına cavab tapmaqda ona kömək olub. Həmin hekayədə ağır xəstəliyə yoluxan, ancaq ümidsizliyə qapılmayıb, ona ehtiyacı olan başqa insanlara mənəvi yardım göstərən insandan bəhs edilib.

O, Tanrının səhv etmədiyini başa düşüb.  Tanrı ona görə insanları sınaqdan keçirir ki, bu sınağın öhdəsindən vicdanla gələnlər başqalarının həyatını inam, ümid və sevgi ilə doldursunlar.

Tanrıya etibar edib, ehtiyacı olanlara kömək etməyə başlayanda onun 15 yaşı olub: Nik məktəbdə xeyriyyəçilik və şikəstlərə yardım şurasının üzvü və başqanı seçilib.

Motivator