İmam Əlinin İlahi peyğəmbərlərlə (ə) müqayisəsi


Digərləri 20 Apr 2019 21:10:00 275 0

İmam Əlinin İlahi peyğəmbərlərlə (ə) müqayisəsi

Nəql edirlər ki, Əmirəl-möminin (ə) mübarək başından zərbətlənən zaman Səsəhə ibni Suhan Həzrətin (ə) yanına gəlir və deyir:"Bir müddətdir ki, bir sual zehnimi məşğul etmişdir, ancaq sizin heybətinizdən çəkindiyim üçün verə bilmirdim. O sualı verə bilərəmmi?".

Həzrət (ə) buyurur: "Bəli".

O, deyir: "Ya Vəli, sən fazilsən, yoxsa Adəm (ə)?".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) buyurur: "İnsanın özünü tərifləməsi qəbahətli işdir, ancaq soruşduğun üçün deyirəm ki, Adəmə (ə) ancaq bir şeyi qadağan etmişdilər. O, həmin şeyə yaxınlaşdı və (yedi). Bir çox şeyləri mənə mübah ediblər, ancaq mən onlara yaxınlaşmadım.

Soruşur: "Sən fazilsən, yoxsa Nuh (ə)?".

Həzrət (ə) buyurur: "Nuh (ə) öz qövmünə pis dua edir və mən isə etmədim. Nuhun (ə) oğlu kafir idi və mənim oğlanlarım isə - behişt cavanlarının seyyididirlər".

Soruşur: "Sən fazilsən, yoxsa Musa (ə)?".