Almaniya niyə rusiyaya çox


Digərləri 20 Apr 2019 20:25:00 233 0

Almaniya niyə rusiyaya çox

"Rusiya iqtisadiyyatı tənəzzül vəziyyətindədir. Buna baxmayaraq, alman şirkətlərinin Rusiya iqtisadiyyatına çoxlu pul investisiya etməyə bir çox səbəbi var. Onlar çox vaxt bunu özləri istədikləri üçün etmir",- "Hadelsblat"qəzetinin jurnalisti Matias Brüqman (Mathias Brüggmann) yazır.

Məqalə müəllifi qeyd edir ki, rus iqtisadiyyatının problem siyahısı uzundur: ABŞ tərəfdən daim yeni sanksiya təhlükəsi, real əmək haqlarının aşağı düşməsi, rublun dəyər itirməsi və Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, cəmi 1,6% təşkil edən zəif iqtisadi artım. Neft qiymətlərinin yüksək olmasına baxmayaraq, Rusiya bu gün çətin dövrdən keçir.

Son.az xpressa.net-ə istinadən bildirir ki, bununla belə, alman müəssisələri rus iqtisadiyyatına getdikcə daha çox pul investisiya edir. Almaniya Federal Bankının məlumatına görə, 2008-2009-cu il maliyyə böhranından bəri Rusiyada alman investisiyalarının artımı ötən ilki qədər çox olmayıb. İnvestisiya həcmi təxminən 3,3 milyard avro təşkil edib ki, bu da bir öncəki illə müqayisədə 14% çoxdur.

Nəinki investisiyalar, Almaniya və Rusiya arasında ticarət həcmi də artır. Ötən il ticarət həcmi 8,4% artaraq 61,9 milyard avroya çatıb. Rus məhsullarının idxalı 2017-ci illə müqayisədə 14,7% artaraq 36 milyard avro təşkil edib. Federal Statistika Komitəsinin hesablamalarına əsasən, Rusiyaya ixrac 0,6% artaraq 25,9 milyard avroya yüksəlib.

Müəllif bu tendensiyanın birinci səbəbinin zərurət olduğunu qeyd edir: Rusiyada öz məhsulunu dövlətə satmaq istəyənlər ölkəyə investisiya etməlidir.

"Gəlirli dövlət sifarişlərinə çıxış əldə etmək üçün xarici şirkətlər yerlərdə istehsal həyata keçirməlidir", - Rusiya-Almaniya xarici ticarət palatasının idarə sədri Mattias Şepp (Matthias Schepp) bildirib.