Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb


Digərləri 20 Apr 2019 20:02:06 248 0

Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb

Azərbaycan “Startup Ecosystem Rankings 2019” reytinqində mövqeyini yaxşılaşdıraraq 67-ci yerdə qərarlaşıb

Bakı. Ləman Zeynalova - Azərbaycan "Startup Ecosystem Rankings 2019" reytinqində mövqeyini yaxşılaşdıraraq 67-ci yerdə qərarlaşıb. Trend-in məlumatına görə, bu barədə "StartupBlink" dünya startaplar kartoqrafiya xidmətinin tərtib etdiyi reytinqdə deyilir. Reytinq tərtib olunarkən 100 ölkə və 1000-dən çox şəhərdən məlumatlar nəzərə alınıb. Azərbaycan əvvəlki reytinqlə müqayisədə bir pillə yüksəlib.