Gəncədə "GƏNC by Barbarisso" ailəvi gözəllik salonu fəaliyyətə başladı (FOTO)


Digərləri 20 Apr 2019 19:37:30 870 0

Gəncədə "GƏNC by Barbarisso" ailəvi gözəllik salonu fəaliyyətə başladı (FOTO)

Bakıda 2013-cü ildən fəaliyyət göstərən “Barbariso” Uşaq Gözəllik salonu ilk dəfə olaraq Gəncə şəhərində filialını açıb.

Bakı. Samir Əli - Bakıda 2013-cü ildən fəaliyyət göstərən “Barbarisso” uşaq gözəllik salonu ilk dəfə olaraq Gəncə şəhərində filialını açıb. Trend-in məlumatına görə, girişi al-əlvan şarlarla bəzədilmiş salonun açılış mərasimi şəhər sakinləri, xüsusən uşaqların şən əhval-ruhiyyəsi altında baş tutub. Bakıdakı salondan fərqli olaraq Gəncənin Atatürk prospekti, 264 ünvanında yerləşən "Gənc" adlı filialda həm uşaqlar, həm də böyüklərə xidmət göstəriləcək. Məkan hər kəsə uyğun interyerdə dizayn olunub. Belə ki, uşaqlar üçün nəzərdə tutulan hissə al-əlvan, azyaşlıların zövqünü oxşayacaq tərzdə qurulubsa, valideynlərin ixtiyarında olacaq salon müvafiq olaraq ən müasir üslubda təşkil olunub. Burada saçların sırf uşaq saç modelləri üzrə düzəldilməsi, tədbir və ya bayramlara hazırlaşan uşaqların üzünə müxtəlif şəkillərin çəkilməsi, qız uşaqlarının saçlarının xüsusi forma verilərək hörülməsi kimi xidmətlər də göstərilir.