Liviya hökuməti general həftərin həbsinə


Digərləri 20 Apr 2019 19:25:00 198 0

Liviya hökuməti general həftərin həbsinə

Liviya Milli Ordusunun komandanı və onun tabeçiliyində olan şəxsləri Liviya paytaxtında yerləşən yaşayış məhəlləsinə hava hücumu həyata keçirməkdə ittiham edirlər. Bu barədə "DW" portalı xəbər verir.

Son.az xpressa.net-ə istinadən bildirir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Liviya Milli Razılıq Hökuməti aprelin 18-i Tripoliyə hücuma keçən general Xəlifə Həftərin (Khalifa Haftar) həbsinə order verib. Hərbi prokurorluq Liviya milli ordusunun komandanı və onun tabeçiliyində olan altı şəxsin həbsinə sanksiya verib. Onları Tripolidə yerləşən yaşayış məhəlləsinə hava hücumu həyata keçirməkdə günahlandırırlar.

BMT Təhlükəsizlik Şurası vahid mövqeyə gələ bilməyib

Elə həmin gün BMT Təhlükəsizlik Şurasının üzvləri Liviya münaqişəsi ilə bağlı yenidən vahid mövqe işləyib hazırlaya bilməyib. Rusiya və ABŞ Britaniyanın qətnamə layihəsini rədd edib. Belə ki, son zorakılıq hallarına görə general Həftərin məsuliyyət daşıdığı qeyd edilən maddələr Moskvanın narazılığına səbəb olub. BMT baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Hassan Salame (Hassan Salame) zorakılığın arta biləcəyini söyləyib.

Liviya daxili işlər naziri Parisi Həftəri dəstəkləməkdə ittiham edib

Bu arada Liviya daxili işlər naziri Fəthi Başağa (Fathi Pashagha) Parisi Xəlifə Həftəri dəstəkləməkdə ittiham edib. Nazir əlavə edib ki, başçılıq etdiyi qurum Fransa ilə bütün münasibətlərini dayandırır. Öz növbəsində, Fransa xarici işlər nazirliyi ittihamın tamamilə əsassız olduğunu deyib.