Fahişə nümunə olarsa


Digərləri 20 Apr 2019 19:15:00 213 0

Fahişə nümunə olarsa

"Tanınmış model canlı yayında əxlaqsız söz dedi", "Populyar müğənni hamamda çəkilən şəkillərini paylaşdı", "Məşhur aktrisa hava limanında sərxoş halda görüntüləndi" və s. və i.a. Belə başlıqlara, belə "xəbərlərə" o qədər adət etmişik ki, artıq heç təəccüblənmirik də: şou-biznes, ekran adamı elə belə olar da! Əxlaqsız, sərxoş, qanacaqsız, ədabaz, tərbiyəsiz, söyüşkən, bir az narkoman, bir qədər əyyaş. Burada nə var ki?..

Son.az islam.az-a istinadən bildirir ki, əxlaqsızlıq, hətta fahişəlik bəşər tarixində bütün ictimai formasiyalarda, bütün dövlətlərdə, bütün xalqlarda olub. Bir qədər az, bir qədər çox, amma olub. Var. Və yəqin ki, ta Qiyamətə qədər də olacaq, burada təəccüblü bir şey yoxdur. Çünki Allah Quranda buyurub: "Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq..." (Əraf, 179). Bu əksəriyyət də öz yolunu tutub getməkdədir. Bəs əgər bu pozğunluq, əxlaqsızlıq həmişə olubsa, o zaman bu çalınan həyəcan təbilləri nəyə lazımdır? Əsirlər keçib, alışmalıydıq axı! Ya bəzi insanlar "mənəviyyatımız hər ötən gün daha da tənəzzülə uğrayır" dedikdə ikiüzlülük edir, "numara yapır"? Hə?

Yox, əsla! Zənnimizcə məsələ başqadır. Artıq dediyimiz kimi, fahişəlik, əxlaqsızlıq, pozğunluq həmişə olub. Amma... Amma bu pozğun tayfanı çox, lap çox nadir hallarda gətirib yuxarı başa çıxarıblar, söz sahibi ediblər, nümunə kimi təqdim ediblər, döşlərinə hörmət və izzət yarlıkı asıblar. Belə hallar olanda da, böyük faciiələr baş verib. Məsələn, Yəhya peyğəmbərin başı kəsilib, sərxoş Afinalı Tais tərəfindən Persepolda Kserksin sarayı odlara verilib və s. Amma bizdə, çox təəssüflər olsun ki, indi vəziyyət məhz belədir. Əvvəl fahişə olmaq rüsvayçılıq, rəzillik, aşağılıq idisə, əvvəl bu yolun yolçuları tutduqları əməllərdən, cəmiyyətdəki mövqelərindən xəcalət çəkir, bəziləri hətta nifrət edirdisə, indi tam başqa mənzərədir. Çox da uzaq olmayan keçmişdə məhz fahişə sayılacaq, günümüzdə isə müğənni, model, aktrisa kimi təqdim olunan personalar nəinki utanır, xəcalət çəkir, onlar həyatdakı bu mövqeləri ilə fəxr edirlər, hətta onlara tay olmayanlara abır və ismət dərsi verməyə qalxırlar (dağıl, a dünya!). İndi onlardan nümunə götürürlər.