Texnologiyanin inkişafi insan hüquqlari üçün təhlükədir


Digərləri 20 Apr 2019 19:05:00 205 0

Texnologiyanin inkişafi insan hüquqlari üçün təhlükədir

Bu gün hava limanlarında, ticarət mərkəzlərində, hətta böyük şəhələrin küçələrində simaların tanınması sistemləri quraşdırılır. Hüquq mühafizə orqanları bu sistemləri əsasən "Amazon" kimi böyük şirkətlərdən alır. Bu səbəbdən şirkətlər böyük tənqidlə üzləşir. "Microsoft" şirkətinin prezidenti Bred Smit (Brad Smith) Stenford Universitetində baş tutan mühazirəsində deyib ki, bu yaxınlarda yaratdıqları sistemləri polis avtomobillərinə quraşdırmaqdan imtina ediblər.

Son.az xpressa.net-ə istinadən bildirir ki,Bred Smitin sözlərinə görə, texnologiyaların sürətli inkişafı dövlət orqanlarının insanlar üzərində total nəzarət həyata keçirməsinə kömək edir. Əlbəttə, texnologiyalar cinayətlərin ələ keçirilməsində kömək ola bilər, ancaq asanlıqla insan hüquqlarını poza bilər. Simanın tanınması sistemləri ilə təchiz olunan kameraları günü bu gün küçələrdə yerləşdirmək mümkündür, lakin bu addımı ləğv etmək son dərəcə çətin olacaq.

"Microsoft" şirkətinin prezidenti bir məsələyə diqqət çəkib: çox vaxt süni intellektə ağdərili insanların fotoşəkilləri əsasında simaları tanımaq öyrədilir. Bundan belə bir nəticə çıxarmaq olar ki, polis çox vaxt sistem tərəfindən səhvən şübhəli bilinən şəxsləri dindirəcək. Və bu, hələ başlanğıcdır. Hər şey ona gətirib çıxara bilər ki, texnologiyalar böyük şəhələrdə yerləşdirilə və insanların məxfiliyini poza bilər.