Amerikada intihara cəhdin qiyməti bu qədər bahadır


Dünya 20 Apr 2019 18:54:00 219 0

Amerikada intihara cəhdin qiyməti bu qədər bahadır

Amerikalı kişi intihara cəhd etdikdən sonra koma vəziyyətinə düşüb.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, o, komadan ayılandan sonra eşitdiyi xəbərdən şok olub. Belə ki, xəstəxanadan ona 8 gün üçün 93 min dollar borcu olduğu bildirilib.

Bu barədə Cordan öz "Tvitter" səhifəsində yazıb.

Cordan dərman preparatlarına 6 min dollar, palatada yatdığına görə isə 10 min dollar ödəməli olacaq. Cordanın sözlərinə görə, sığorta onun borcunun müəyyən hissəsini ödəyə biləcək.