Taksidə siqaret çəkməyin!


Digərləri 20 Apr 2019 17:39:00 217 0

Taksidə siqaret çəkməyin!

Taksidə tütündən istifadə edən fiziki və hüquqi şəxsləri qırx manatdan əlli manatadək məbləğdə cərimə gözləyir.

Son.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri, eləcə də nəqliyyat vasitəsində tütündən istifadənin yol hərəkəti təhlükəsizliyi baxımından yarada biləcəyi məqamlarla bağlı taksi fəaliyyəti ilə məşğul olan şəxslərə müarciət edib:

"Taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər bilməlidir ki, sürücünün nəqliyyat vasitəsinin salonunda tütün çəkməsi sərnişinlərin də iradəsindən asılı olmayaraq tütün tüstüsü qəbul etmələrinə və tibbi baxımdan passiv iştirakçı qismində daha çox zərər görmələrinə şərait yaradır.