Toyuq dönəri satışına qoyulan qadağa götürülüb


Digərləri 20 Apr 2019 16:42:00 591 0

Toyuq dönəri satışına qoyulan qadağa götürülüb

"Baytarlıq və sanitar-gigiyena qaydaları çərçivəsində hazırlanan toyuq mənşəli qidaların satışına və istehlakına hər hansı məhdudiyyət yoxdur".

Son.az bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, burada istehlakçıların diqqət etməli olduğu əsas məsələ emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsidir.

"Agentlik əməkdaşları mütəmadi olaraq istehsal və emal sahələrində monitorinqlər və nəzarət tədbirləri həyata keçirirlər. Qeyd edək ki, vətəndaşların ictimai iaşə müəssisələrində istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi barədə sənəd tələb etmək hüququ var" - deyə məlumatda vurğulanıb.