Bakının ali məktəblərinin yarışdığı 3 günlük startap müsabiqəsi başa çatıb (FOTO)


Digərləri 20 Apr 2019 16:40:00 481 0

Bakının ali məktəblərinin yarışdığı 3 günlük startap müsabiqəsi başa çatıb (FOTO)

Bakının ali təhsil müəssisələrini əhatə edən "İdeyadan Biznesə" layihəsi çərçivəsində 3 günlük startap müsabiqəsi başa çatıb.

Bakı. Bakının ali təhsil müəssisələrini əhatə edən "İdeyadan Biznesə" layihəsi çərçivəsində 3 günlük startap müsabiqəsi başa çatıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, ADA Universitetində keçirilən startap marafonunda 10-dək ali təhsil ocağının startap komandası öz layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. 3 gün ərzində 50-dək layihənin münsiflər heyəti qarşısında təqdimatları keçirilib. Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət İqtisad, Bakı Mühəndislik, ADA, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb universitetlərinin, eləcə də, Bakı Ali Neft Məktəbinin tələbələri fəal iştirak edib. Belə ki, “NanoDesal”, “AntiAge şirəsi”, “HealWith”, “Bumeranq”, “AgroShare”, “Plan to plant”, “Game of war and modern technologies”, “Palliativ Qayğı” və “Buqələmun” layihələri Bakı üzrə finalçılar kimi müəyyən olunub. Qarşıdakı günlərdə müsabiqə finalçılarının layihələri mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi kriteriləri üzrə qiymətləndiriləcək və ilk 3 əsas yerin qalibləri ictimaiyyətə açıqlanacaq. Qalib komandalar avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanacaq. Yay düşərgəsində "İdeyadan Biznesə" layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzlərinin nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər.