Türkiyədə iş adamını villasında öldürüb xaricə qaçan azərbaycanlıdır, yoxsa əfqan?..


Dünya 20 Apr 2019 16:30:00 429 0

Türkiyədə iş adamını villasında öldürüb xaricə qaçan azərbaycanlıdır, yoxsa əfqan?..

Türkiyədə bu ilin fevralından itkin düşmüş hesab edilən 9 yaşlı iş adamı Şahin Akçanın Tekirdağdakı villasında boğularaq öldürüldüyü üzə çıxıb. Onu qətlə yetirməkdə şübhəli bilinən şəxs isə S.M. olaraq  göstərilən azərbaycanlıdır. Həmin şəxs Türkiyəni tərk edib və barəsində beynəlxalq axtarış elan olunub.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, iş adamı İstanbulda itkin düşüb. Şahin Akça Türkiyədəki biznesi ilə yanaşı vətəndaşı olan ABŞ-da da restoranlar işlədirmiş. Akçanın ailəsi xaricdə yaşayır. Məlumata görə  ailə üzvlərinin bir neçə ay əvvəl Akça ilə əlaqəsi kəsilib. Onlar iş adamının taleyini müəyyən etmək üçün  2019-cu ilin fevral ayında İstanbula gəliblər, amma Akçanı tapa bilməyiblər və polisə müraciət ediblər.

Polis Akçanı axtarsa da heç bir iz tapa bilməyib. Nəhayət aprelin 16-da ailə üzvləri Tekirdağ Cümhuriyyət Prokurorluğuna müraciət edərək Şahin Akçanın bu vilayətin turizm bölgəsi olan Kumbağda villasının olduğunu bildirib. Prokurorluğun təlimatı ilə jandarma və polis həmin villanın ərazisinə girərək axtarışlara başlayıb. Axtarışlar zamanı Akçanın villanın damında cəsədi tapılıb. İlkin müayinələr onun boğularaq öldürüldüyünü üzə çıxarıb.


Xəbərə aid fotolar