İranda 17 məktəb daşqınlara görə bağlanıb


Digərləri 20 Apr 2019 16:23:32 453 0

İranda 17 məktəb daşqınlara görə bağlanıb

İranın Xuzistan vilayətinin Şuştər rayonunda 17 məktəb yolların bağlı olduğuna görə fəaliyyətini dayandırıb.

Bakı. Elnur Bağışov - İranın Xuzistan vilayətinin Şuştər rayonunda 17 məktəb fəaliyyətini dayandırıb. Trend-in məlumatına görə, rayonun təhsil idarəsinin direktoru Əlirza Müini deyib ki, yollar bağlı olduğundan müəllimlər məktəbə gələ bilmir.